ABŞ və İsrail hakerlərlə mübarizə sahəsində əməkdaşlıq edəcəklər

Tokio, 15 Noyabr, /AJMEDIA/

ABŞ və İsrail proqram təminatından şantaj məqsədilə istifadə edən hakerlərə qarşı mübarizə, həmçinin maliyyə infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq barədə sazişə gəliblər.

AJMEDIA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo İsraildə bu dövlətin maliyyə nazirliyinin rəhbəri Aviqdor Liberman ilə, həmçinin bu ölkədə kibertəhlükəsizlik məsələlərinə cavabdeh olan xidmətin rəhbərləri ilə görüşüb. Tərəflər ən mühüm maliyyə infrastrukturunun və yeni texnologiyaların qorunması üzrə tərəfdaşlığa başlamaq, həmçinin şantajçı proqram təminatının ölkələr və dünya iqtisadiyyatı üçün doğurduğu təhlükəyə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

ABŞ Maliyyə Nazirliyinin oktyabr ayında dərc edilmiş hesabatında göstərilir ki, ABŞ-ın əleyhdarları tərəfindən rəqəmsal valyutalardan istifadənin genişlənməsi və müvafiq surətdə dollardan istifadənin azalması ilə əlaqədar, casus-proqramlar istehsal edənlər barəsində sanksiyalar siyasətinə daha genişmiqyaslı yanaşmalar tətbiq edilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts