2022-2023-cü tədris ilində gənclərə 30 ölkənin 295 ali təhsil müəssisəsində təhsil almaq imkanı yaradılacaq

Tokio, 6 aprel , /AJMEDIA/

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilində 30 ölkənin 295 ali təhsil müəssisəsində təhsil almaq imkanı yaradılacaq.

AJMEDIA xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə məlumat verilib.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” hazırlanıb. Siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq müəyyənləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts