Ərəb mətbuatı TANAP və TAP qaz boru kəmərlərinin əhəmiyyətindən yazıb

Tokio, 9 iyul , /AJMEDIA/

Misirin “Əl Aqaria” və Qətərin “Aşarq” portallarında Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) Bolqarıstan və Yunanıstanın təbii qaz təchizatında mühüm rolu haqqında yazılar yayımlanıb.
AJMEDIA xəbər verir ki, materiallarda Bolqarıstanın Baş naziri Kirill Petkovun sözügedən boru kəmərlərinin regionun enerji xəritəsini dəyişəcəyi barədə sözləri yer alıb. O əlavə edib ki, tezliklə Yunanıstanın şimalındakı Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora məntəqəsi arasında boru xətti istifadəyə veriləcək və bu kəmər Azərbaycandan qazı nəql edəcək digər kəmərə qoşulacaq. Bununla yanaşı, hər iki ölkə Əlcəzair və Qətərdən də maye qaz idxal edəcək.
Baş nazir əlavə edib ki, bir neçə həftədən sonra onun ölkəsinə Azərbaycan qazının nəqlinə start veriləcək. Hazırda texniki yoxlama işləri aparılır, TANAP-TAP-a birləşən 180 kilometrlik boru xətti isə avqustun əvvəlində fəaliyyətə başlayacaq.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis isə bildirib ki, bu enerji körpüsü Balkan yarımadası və bütün Avropa üçün böyük əhəmiyyətə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts