Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Tokio, 20 aprel , /AJMEDIA/

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak edən və Azərbaycanı BVF-də rəhbər olaraq təmsil edən, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin üzvü, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Xarici İşlər Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələrinin iştirakı ilə BVF-nin idarəedici direktoru Kristalina Georgieva və heyəti arasında görüş keçirilib.

AJMEDIA xəbər verir ki, görüş zamanı maliyyə naziri S.Şərifov yenidən BVF-in idarəedici direktoru seçilməsi ilə bağlı xanım K.Georgiyevaya Azərbaycan Prezidenti İlham Əliyevin təbrik mesajlarını çatdırıb.

Qarşı tərəf təbrikə görə dərin minnətdarlığını ifadə edib, eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüş zamanı, həmçinin BVF-ilə ümumi əlaqələr və COP29 çərçivəsində də mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts