Zaqatalada “Şuşa İli” çərçivəsində rəsm sərgisi açılıb

Tokio, 3 iyun , /AJMEDIA/

Zaqatala şəhərindəki Dədə Qorqud Meydanında “Şuşa İli” çərçivəsində “Vətən ürəyi Şuşa gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi açılıb. Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Zaqatala Dövlət Rəsm Qalereyasının birgə təşkil etdikləri sərgidə kitabxananın oxucularının və qalereyanın rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub, eyni zamanda, Qarabağ mövzusuna aid kitablar sərgilənib.
Zaqatala rayon MKS-dən AJMEDIA-ya bildirilib ki, sərginin keçirilməsində məqsəd istedadlı uşaqları aşkara çıxarmaq və onları yeni əsərlər yaratmağa həvəsləndirməkdir.
Sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts