Zəngilanda ağacəkmə tədbiri keçirilib

Tokio, 18 dekabr , /AJMEDIA/

İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AJMEDIA-ya bildirib ki, ETSN-in rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib.
“Respublikanın bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir”, – deyə xidmət rəisi qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts