“Zəngəzur – tarixi Azərbaycan torpağı” videoçarxı xarici KİV-də

Tokio, 25 dekabr, /AJMEDIA/

Bir sıra tanınmış dünya xəbər portalları – İraqın “Ashurnews.com”, Əlcəzairin “Alharir.info”, Özbəkistanın “Ziyouz.uz”, Türkiyənin “Anahaberyorum.com” saytları, “tvitter/Ashur news agency”, “facebook.com/tarihtv”, “youtube.com/tarihtv” sosial şəbəkələri müxtəlif dillərdə hazırlanmış “Zəngəzur – tarixi Azərbaycan torpağı” (ADTM) adlı videoçarxın yayımına başlayıb.

AJMEDIA xəbər verir ki, Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx Zəngəzurun qədim tarixindən, “Zəngəzur” sözünün etimoloji köklərindən, bu ərazilərə 1828-ci ildə köçürülmüş ermənilərin yerli Azərbaycan əhalisinə qarşı törətdiyi amansız vəhşiliklərindən bəhs edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts