Yeniyetmələri ildə bir dəfə psixoloq müayinəsinə aparmaq tövsiyə olunur

Tokio, 30 iyul , /AJMEDIA/

Uşaqlıq dövrü ilə gənclik dövrü arasında “keçid”, “böhranlı yaş” dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər özünü qabarıq şəkildə büruzə verir. Bioloji dəyişikliklər deyəndə boyun uzanması, çəkinin artması, dəridə yağlanma, sızanaqlar, tər ifrazının artması, əzələlərin inkişafı, səsin qalınlaşması və digər hallar nəzərdə tutulur.
AJMEDIA Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bu dövrdə yeniyetmələrin duyğularında qeyri-sabitlik müşahidə olunur. Bir az əvvəl özünü enerjili və gümrah hiss edən yeniyetmə az sonra özünü tam əksinə, yorğun, əldən düşmüş hiss edə bilər. Duyğuların belə anlıq olaraq dəyişkənliyi zamanı valideynlərin bu halı normal qarşılaması vacibdir.
Bu dövrdə yeniyetmələr duyğularını çox coşqun bir şəkildə yaşayırlar və bu onların səs tonlarında, mimikalarında özünü göstərir.
Depressiya yeniyetməlikdə daha çox müşahidə olunan psixoloji narahatlıqlardandır. Bu isə onlardakı ailə və məktəbdaxili yaşanan problemlərdən qaynaqlana bilər. Lakin bu depressiyalar çox vaxt qısamüddətli olur və yeniyetmə özünü kədərli hiss etsə də, bu, onun günlük fəaliyyətinə davam etməsində ciddi narahatlıqlar yaratmır. Uzunmüddətli depressiyalarda isə təhlükəli ola bilər. Belə hallarda yeniyetmələri ildə bir dəfə psixoloq və psixiatr müayinəsinə aparmaq tövsiyə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts