Yaxın günlərdə hava necə olacaq?

Tokio, 16 aprel , /AJMEDIA/

Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur. Havanın temperaturu iqlim normasından 2° yüksəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-a verilən məlumata görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20°, bəzi rayonlarda 20-25°, dağlarda isə 8-13° isti olacaq. Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts