“Yaşıl Gələcək” platforması üzərindən 100 min ağac əkilib

Tokio, 3 aprel , /AJMEDIA/

“Yaşıl Gələcək” layihəsi çərçivəsində bu günədək 3864 vətəndaş və tərəfdaş təşkilat adından 100 min ağac əkilib.

AJMEDIA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova öz feysbuk səhifəsində məlumat verib.

O, ağacəkmə və yaşıllaşdırma işlərinə “Yaşıl Gələcək” platforması (https://yasilgelecek.az/) üzərindən dəstək olan və əlamətdar günlərində ağac əkərək təbiətə töhfə verən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən “Yaşıl Gələcək” platforması “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən yaradılıb və vətəndaşlar tərəfindən yaşıllıqların artırılmasına töhfə vermək məqsədi daşıyır.

“Yaşıl Gələcək” layihəsi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq “WSIS Prizes” müsabiqəsinin siyahısında yer alıb və layihə müsabiqəyə “E-environment” bölməsi üzrə daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts