Yaponiyanın xarici işlər naziri Türkiyəyə əlavə dəstək verməyə hazır olduqlarını bildirib

Tokio, 9 fevral , /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra Türkiyəyə əlavə yardımlar göstərməyə hazır olduqlarını bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bəyan edib.
Təbii fəlakət nəticəsində həlak olanlarla bağlı Yaponiya tərəfinin türkiyə xalqına dərin hüznlə başsağlığını çatdıran Y.Hayaşi yaralılara tezliklə şəfa dilədiklərini deyib.
Nazir həmçinin Yaponiya hökuməti tərəfindən Türkiyəyə göndərilən Beynəlxalq Fövqəladə Xilasetmə Qruplarının bölgədə fəaliyyətə başladığını xatırladaraq ölkəsinin imkan daxilində Türkiyənin ehtiyac duyduğu dəstəyi verməyə hazır olduğunu bildirib.
M.Çavuşoğlu Yaponiya tərəfindən göndərilən başsağlığı mesajlarına, göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts