Yaponiyanın Baş naziri Ukrayna Prezidentini G7 sammitinə dəvət edəcək

Tokio, 20 fevral , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenskini “Böyük yeddilərin” fevralın 24-də keçiriləcək online sammitinə dəvət edəcəyini bildirib.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, bu bar

ədə Fumio Kişida hakim Liberal-Demokratik partiyanın iclasında çıxış edərkən deyib.
Bu il “Böyük yeddiliyə” sədrlik edən Yaponiyanın təşəbbüsü ilə cümə günü keçiriləcək sammitdə G7 liderlərinin Rusiyaya qarşı vahid mövqe nümayiş etdirəcəyi gözlənilir. Zirvə görüşünün gedişində Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya liderləri və Avropa İttifaqı rəhbərliyi Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını ifadə edəcək.
Yaponiyanın Baş naziri sammit ərəfəsində Tokionun Ukraynada dağıdılmış infrastrukturun bərpasına 5,5 milyard dollar yardım ayıracağını da bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts