Yaponiyada sistem nasazlığı səbəbindən 150-dən çox reys gecikib

Tokio, 4 aprel , /AJMEDIA/

Yaponiyanın ən böyük aviaşirkətlərindən biri olan “All Nippon Airways”in (ANA) 150-dən çox daxili reysinin uçuşu aprelin 3-də bronlaşdırma və qeydiyyat sistemindəki nasazlıq səbəbindən gecikib.

AJMEDIA xəbər verir ki, bu barədə çərşənbə axşamı aviaşirkətin məlumatında deyilir.

Bildirilir ki, bazar ertəsi günü ümumilikdə 153 reys ən azı yarım saat gecikib, bu isə öz növbəsində 20 mindən çox sərnişinə təsir edib. Ən uzun uçuş gecikməsi 2 saat 18 dəqiqə olub.

Bundan əlavə, 55 reysin ləğv edildiyi qeyd edilib. Hazırda müvafiq sistemlərin işi bərpa olunub, uçuşlar müntəzəm rejimdə həyata keçirilir.

ANA-nın mütəxəssisləri nasazlığın səbəblərini araşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts