Yaponiyada meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb

Tokio, 26 iyul , /AJMEDIA/

Yaponiyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
AJMEDIA Yaponiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, xaricə səfərdən yeni qayıdan 30 yaşlı Tokio sakinində meymunçiçəyi virusu aşkar edilib. Bildirilir ki, həmin şəxsdə səpmələr, yüksək temperatur və halsızlıq simptomları özünü iyulun 15-dən sonra göstərib.
Milliyyəti açıqlanmayan bu şəxsin xəstəxanaya yerləşdirildiyi və hazırda özünü yaxşı hiss etdiyi deyilir. Həmin vətəndaşın iyunun sonlarında Avropaya səfər etdiyi və iyulun ortalarında Yaponiyaya qayıtdığı qeyd olunur. Səfər zamanı onun meymunçiçəyinə yoluxmuş şəxslə ünsiyyətdə olduğu güman edilir.
Hazırda Səhiyyə Nazirliyi yoluxma məkanını, bu kişinin keçdiyi yolu və onun ünsiyyətdə olduğu insanları müəyyənləşdirməyə çalışır.
Yoluxma faktını Tokionun qubernatoru Koike Yuriko da mətbuat konfransı zamanı təsdiq edib. Virusla bağlı narahatlığa ehtiyac olmadığını bildirən xanım qubernator sakinləri əllərini tez-tez dezinfeksiya etməyə və yoluxma təhlükəsi hiss etdikdə həkimə müraciət etməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts