Yaponiyada keçirilən tədbirdə ermənilərin ekoloji terroru barədə məlumat verilib

Tokio, 18 dekabr , /AJMEDIA/

Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş tədbirin iştirakçıları ekoloji terrora son qoymağı tələb edənlərə dəstək veriblər.
AJMEDIA xəbər verir ki, dekabrın 17-də Yaponiyanın Kavaquçi şəhərində keçirilən yubiley tədbirinin iştirakçılarına Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təşkilatlarının üzvlərinin ermənilər tərəfindən davam etdirilən ekoloji terrorla əlaqədar etirazları barədə ətraflı məlumat verilib. Tədbirdə Azərbaycan haqda təqdimatla çıxış edən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Vətən müharibəsinin başa çatmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin hələ də Azərbaycan torpaqlarını, onun təbii sərvətlərini talaması barədə danışıb. Bildirib ki, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə yerləşən “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarından qeyri-qanuni yolla çıxarılan qızıl və mis-molibden kimi faydalı elementlər başqa ölkələrə daşınır. Artıq altı gündür ki, davam edən etirazların iştirakçılarının qanuni tələblərinə baxmayaraq, sülhməramlılar həmin yataqların ekoloqlar tərəfindən monitorinqinə icazə vermirlər. Bu isə haqlı narazılığın artmasına və daha çox insanın əraziyə toplanmasına səbəb olur.
Dostluq Mərkəzinin sədri bildirib ki, bütün dünya Azərbaycanın azad edilmiş ərazilərdə apardığı böyük quruculuq işlərindən xəbərdardır. Bugünkü tədbirin əsas məqsədlərindən biri də Azərbaycanla Yaponiya arasında turizm əlaqələrinin inkişafına dəstək verməkdir. Yaponlar öz təbii gözəlliyi ilə, ləziz mətbəxi və zəngin mədəniyyəti ilə dünyaya səs salan Azərbaycanı daha yaxından tanımaq istəyirlər. Lakin bəzi qüvvələr buna imkan vermirlər.
X.Kələntər vurğulayıb ki, Azərbaycan xalqı öz torpaqlarının talanması və ekoloji terrora məruz qoyulması ilə heç vaxt barışmayacaq. Yaponiyada yaşayan azərbaycanlılar və ölkəmizin dostları etirazçılara hər cür dəstək verməyə hazırdırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts