Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ olub

Tokio, 28 avqust , /AJMEDIA/

Avqustun 28-də Yaponiyanın İzu adalarının sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların 22 mindən çox sakinin yaşadığı Katsuura şəhərindən 358 kilometr məsafədə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts