Yaponiya pandemiyaya qarşı mübarizə məqsədilə Dünya Bankının strukturuna 3,4 milyard dollar yardım edəcək

Tokio, 15 dekabr, /AJMEDIA/

Yaponiya hökuməti aşağı gəlirli ölkələrə pandemiyaya qarşı mübarizədə dəstək olmaq üçün Dünya Bankının tərkibində fəaliyyət göstərən Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) 376,7 milyard yen (3,4 milyard dollar) məbləğində vəsait yönəldəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin saytında dekabrın 15-də yerləşdirilən məlumatda bildirilir.

“Dünya COVID-19 səbəbindən görünməmiş böhranla üz-üzədir. Biz yoxsulluğun aradan qaldırılması məqsədilə uzun yolda qazandıqlarımızı itirmək riskinə məruz qalmışıq. Koronavirusun yeni ştamlarının artması fonunda yayılmanın qarşısını almaq üçün biz inkişaf etməkdə olan ölkələr də daxil olmaqla, peyvəndin və lazımi dərmanların sürətlə çatdırılmasına nail olmalıyıq”, – deyə Yaponiyanın maliyyə naziri Syuniçi Suzukinin müraciətində qeyd edilir. Bildirilir ki, bu məbləğ Yaponiya tərəfindən göstərilən ən böyük üzvlük haqqı olacaq.

Qeyd edək ki, Yaponiya əvvəllər də COVAX beynəlxalq platforması vasitəsilə digər ölkələrə yardım edib. Bu tədbirlər çərçivəsində İndoneziya, Vyetnam və Tailand daxil olmaqla bir sıra ölkələrə 25 milyon doza peyvənd göndərilib. Həmçinin Yaponiya Afrika ölkələrinə 10 milyon doza peyvənd göndərəcəyini vəd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts