Yaponiya “omikron” ştamına görə məhdudiyyətləri sərtləşdirə bilər

Tokio, 25 dekabr, /AJMEDIA/

Yaponiyanın üç böyük şəhərində koronavirusun “omikron” ştamının aşkar edilməsi barədə məlumatlardan sonra hökumət virusun yayılmasına qarşı məhdudiyyətləri sərtləşdirə bilər.

AJMEDIA xəbər verir ki, dekabrın 24-də Tokio hökuməti Osaka və Kioto şəhərlərində olduğu kimi, paytaxtda da koronavirusun “omikron” ştamının aşkar edilməsi barədə məlumat yayıb.

Baş nazir Fumio Kişida isə virusun ilkin mərhələdə ötürülməsinin qarşısını almaq məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. F.Kişida, həmçinin bu ştama yoluxan şəxslərlə sıx ünsiyyətdə olanları xüsusi müəssisələrdə özlərini təcrid etməyə çağırıb.

Baş nazir, eyni zamanda Tokionun mərkəzi hissəsində ödənişsiz testlərin götürüləcəyi şəbəkənin genişləndiriləcəyini də bildirib.

Qeyd edək ki, bununla yanaşı, Yaponiya hökuməti gələn həftədən bütün ölkə ərazisində COVID-19-a qarşı dərman preparatının istifadəsinə başlamağı planlaşdırır. ABŞ-ın “Merck” şirkəti tərəfindən hazırlanan həmin dərman dekabrın 24-də Yaponiya Səhiyyə Nazirliyi tərəfindən kütləvi istifadə üçün bəyənilib.

Yaponiya hökuməti, həmçinin vətəndaşlardan Yeni il şənlikləri ilə əlaqədar səfərlər və kütləvi toplantılar zamanı yoluxmaya qarşı qaydalara əməl etməyi də xahiş edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts