Yaponiya Müdafiə Nazirliyi “peyklər bürcünün” yaradılmasını nəzərdən keçirir

Tokio, 30 oktyabr , /AJMEDIA/

Yaponiyanın Müdafiə Nazirliyi aşağı orbitdə birlikdə fəaliyyət göstərəcək 50-yə yaxın kiçik kosmik gəmidən ibarət “peyklər bürcünün” yaradılması imkanlarını araşdırır.
AJMEDIA xəbər verir ki, bu barədə oktyabrın 30-da “Asahi Shimbun” qəzeti Yaponiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb .
Qeyd edilir ki, “bürc” yüksək sürətinə görə təhlili çətin olan hipersəsli raketlərin buraxılışlarını, eləcə də düşmən qoşunlarının hərəkətini izləməyə imkan verəcək. Bundan əlavə, Yaponiya özünümüdafiə qüvvələrinə potensial düşmən bazalarına qarşı qabaqlayıcı zərbələr endirmək hüququ verilərsə, o zaman bu peyklərdən hücum hədəflərini müəyyən etmək üçün istifadə olunacaq.
Kosmik gəmilərin 2023-cü ildən 2027-ci maliyyə ilinə qədər olan dövrdə sistemli şəkildə kosmosa buraxılacağı gözlənilir.
Qəzet qeyd edir ki, müvafiq tapşırığın həyata keçirilməsinə özəl şirkətlər də cəlb oluna bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts