Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Tokio, 6 sentyabr , /AJMEDIA/

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və sair sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts