Yaponiya Afrika ölkələrinin inkişafına yaxın üç ildə 30 milyard dollar ayıracaq

Tokio, 28 avqust , /AJMEDIA/

Yaponiya Afrika ölkələrində insan kapitalının inkişafına yaxın 3 ildə 30 milyard dollar vəsait ayıracaq.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə avqustun 27-də Tunisdə öz işinə başlayan Afrikanın İnkişafı Üzrə Tokio Beynəlxalq Konfransının iştirakçılarına onlayn müraciətində Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib.
“Yaxın 3 ildə biz Afrika ölkələrinin inkişafına 30 milyard dollar vəsait ayıracağıq”, – deyə qeyd edən Baş nazir bildirib ki, Yaponiya Afrikanın hərtərəfli inkişafına yardım göstərəcək.
Xəbər verdiyimiz kimi, əvvəlcə konfransın keçiriləcəyi Tunisə səfər etmək istəyən F.Kişida son məqamda koronavirusa yoluxduğuna görə bu səfərdən imtina etməli olub. Onun əvəzinə Tunisə xarici işlər naziri Yoşimasa Hayaşi yollanıb.
F.Kişidanın öz müraciətində Yaponiyanın Afrika ölkələrində yaxın 3 ildə kənd təsərrüfatı, səhiyyə, təhsil və hüquq kimi sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə yardım edəcəyini bildirdiyi də qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts