YAP Gənclər Birliyinin 2021-ci ildə fəaliyyətinə dair hesabat müzakirə olunub

Tokio, 23 dekabr, /AJMEDIA/

Dekabrın 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin VI iclası keçirilib.

AJMEDIA xəbər verir ki, Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Gənclər Birliyinin 2021-ci il ərzində fəaliyyətinə dair hesabat müzakirə olunub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Birliyin cari ildəki fəaliyyətinin partiyanın Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun şəkildə təşkil edildiyini deyib. Bildirib ki, ötən dövr ərzində gənclərin dövlətçilik ruhunda tərbiyəsi, şəxsi inkişaflarının dəstəklənməsi, milli dəyərlərimizin təbliği, o cümlədən Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində vacib addımlar atılıb.

Sonra YAP Gənclər Birliyinin sədr müavinləri Sevinc Qasımova, Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri Azad Manaflı, Ülviyyə Axundova, Ülkər Həsənova, Əkbər Cəlilov, Fərid Sadıxlı, Nərgiz Babayeva, Nərmin Qocaman, Coşqun Hidayətov, Salman Salmanov, Emil Aslanlı, Nihad Allahyarlı, Niyaz Əliyev, Anastasiya Lavrina hesabat ətrafında fikir mübadiləsi aparıb, 2022-ci il üzrə fəaliyyət planının hazırlanmasına dair qərar qəbul ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts