YADDAŞ : 2020-ci il 12 oktyabr. Düşmən Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksini hədəf aldı

Tokio, 12 oktyabr , /AJMEDIA/

Vətən müharibəsi: Düşmən Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksini artilleriya atəşinə tutub.
Yaşayış kompleksində olan 34 yaşayış binasından 29-u, eləcə də uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, qazanxana, həkim məntəqəsi, musiqi məktəbi, orta məktəb yararsız hala düşüb.
Həmin gün Baş Prokurorluq Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 41 nəfər həlak olub, 207 nəfər isə xəsarət alıb.
Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts