Xidmətlər Zərfinə 300 tibbi xidmətin əlavə edilməsi nəzərdə tutulub

Tokio, 14 dekabr, /AJMEDIA/

İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan bəzi xəstəliklər üzrə il ərzində yalnız 300 əməliyyatın keçirilməsi mümkündür. Yəni, müəyyən limit tətbiq edilib, lakin bu, ölkə üzrə yalnız məhdud tibbi xidmətlərə aid edilir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi əməliyyatlarına aid edilir: “Gələcəkdə həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır. Həmçinin Xidmətlər Zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər də göndərilib.

Hazırda zərfə 2550 xidmət daxildir və yaxın gələcəkdə 300 tibbi xidmətin də əlavə edilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, zərfdən hansısa xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts