Xarici ölkələrin hərbi attaşeləri Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıblar

Tokio, 14 oktyabr , /AJMEDIA/

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan Respublikasının silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.
AJMEDIA xəbər verir ki, hərbi attaşelər Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini əraziyə gül-çiçək düzüblər.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüz kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts