Xalq artisti Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Tokio, 22 oktyabr , /AJMEDIA/

Bəstəkarlar İttifaqında Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Rauf Hacıyevin yaradıcılığının və hərtərəfli musiqi-ictimai fəaliyyətinin Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm yer tutduğunu, onun musiqili səhnə, vokal-simfonik, orkestr, kamera-instrumental əsərlərin, teatr tamaşaları üçün musiqilərin müəllifi olduğunu vurğulayıb. “O, Azərbaycan cazının başlanğıcında dayanan, bu sahədə həm yaradıcı, həm də böyük təşkilatçılıq işləri aparanlardan biri olub. Onun gözəl “Azərbaycan”, “Sevgilim”, “Leyla” və başqa mahnıları dinləyicilərin rəğbətini qazanıb”, – deyə Firəngiz Əlizadə qeyd edib.
Tədbir zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Cəmil Sədizadə və Əbdüləli Hüseynli (müəllim Tamilla Məmmədova) bəstəkarın tanınmış melodiyaları əsasında hazırlanmış “Poppuri”ni pianoda ifa ediblər.
Sonda Rauf Hacıyevin nəvəsi Mirzə Rüstəmov çıxış edərək babasının xatirəsinə həsr olunmuş gecənin gözəl təşkilinə görə Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts