Xalq artisti Munis Şərifovun 60 illik yubileyi qeyd ediləcək

Tokio, 13 aprel , /AJMEDIA/

Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti Munis Şərifovun 60 illik yubileyi qeyd ediləcək.

Mərkəzdən AJMEDIA-ya bildirilib ki, gecədə BMM-nin solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin çıxışları təqdim olunacaq.

Kamança və çəqanə ifaçısı, Xalq artisti Munis Şərifov musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkardır. O, uzun illərdir Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısı sayılır.

Tədbirə giriş sərbəstdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts