Xaçmazda şəhid Xəqani Əskərovun xatirəsi anılıb

Tokio, 28 avqust , /AJMEDIA/

Avqustun 27-də Xaçmazda Vətən müharibəsi şəhidi Xəqani Əskərovun xatirəsi anılıb.
AJMEDIA xəbər verir ki, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın Qusarçay kənd qəbiristanlığında məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Anım mərasimində şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən söhbət açılıb. Bildirilib ki, bu qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaqlar.
Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Əskərov Xəqani Səfa oğlu 27 avqust 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində doğulub.
Kiçik çavuş Xəqani Əskərov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Ürəyi Vətən sevgisi ilə döyünən döyüşçü müharibənin ilk günlərindən silaha sarılaraq düşmən üzərinə atılıb. Cəbrayıl və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub.
Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalan Xəqani Əskərov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Xəqani Əskərov ailəli idi. İndi onun iki qız övladı yadigar qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts