Xaçmazda şəhid Elnur Rüstəmovun xatirəsi anılıb

Tokio, 24 oktyabr , /AJMEDIA/

Ermənistan silahlı qüvvələri tərəfindən bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun 40 mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Əbilyataq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Daha sonra rayon rəsmləri şəhid Elnur Rüstəmovun ailə üzvləri ilə görüşüblər.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin ailəsinə başsağlığı verərək, Vətən uğrunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətdən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.
Rayon ictimaiyyətinin nümayəndələri şəhid Elnur Rüstəmovun şərəfli ömür və döyüş yoluna nəzər yetiriblər. Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.
Şəhidin atası Faid Rüstəmov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts