Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib (VİDEO)

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Vaşinqtonda on səkkizinci ənənəvi Türk festivalı keçirilib.

AJMEDIA xəbər verir ki, festivalda minlərlə Vaşinqton sakini iştirak edib. Şounun təşkilatçıları qonaqlara türk mətbəxinin yeməklərinin və içkilərinin, o cümlədən məşhur türk qəhvəsinin dadına baxmaq, ənənəvi bəzək əşyaları, keramika, müxtəlif əl işləri almaq fürsəti yaradıblar. “ATA-DC” Türkiyə-Amerika cəmiyyəti tərəfindən ABŞ paytaxtında hər il təşkil olunan festival daim ziyarətçilərin böyük marağına səbəb olur.

Festival hər il Vaşinqtonun müxtəlif yerlərində keçirilir. Builki festival paytaxtın “The Wharf” (“Liman”) adlanan tarixi hissəsində təşkil edilib. Əvvəllər burada açıq səma altında ən uzun balıq bazarı yerləşirdi. Son illər ərzində “Wharf” inkişaf edərək Kolumbiya dairəsinin sahilboyunda ən maraqlı yerlərdən birinə çevrilib.

Festivalda türk musiqisi, həmçinin türkdilli xalqların mahnı və rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri təqdim edilib. Vaşinqtondan olan “Silk Road Dance Company” rəqs qrupu qonaqlara Azərbaycan və özbək rəqsləri nümayiş etdirib. Festival ziyarətçiləri Osmanlı Dövlətinin və Türkiyənin mədəniyyətini əks etdirən eksponatlarla, xüsusən də əl ilə toxunan türk xalçaları, ənənəvi geyimlər və qab-qacaqla tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts