Vətən müharibəsi şəhidləri Məzahir Göyüşov və Ceyhun Nüsrətlinin xatirəsi anılıb

Tokio, 1 oktyabr , /AJMEDIA/

Xocavənd rayon sakinləri Məzahir Göyüşov və Ceyhun Nüsrətlinin Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il keçir. Bu münasibətlə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbədən, hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olmuş Göyüşov Məzahir Niyaz oğlunun və Nüsrətli Ceyhun Aqil oğlunun döyüş yolundan danışıb. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Məzahir və Aqil kimi qəhrəman övladların igidliyi, şücaəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Tuğ kənd və Füzuli rayon 55 nömrəli tam orta məktəbinin şagirdləri Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts