Vətən müharibəsi şəhidi Elvin Babayevin xatirəsi əbədiləşdirilib

Tokio, 8 oktyabr , /AJMEDIA/

Bakının Nəsimi rayonunda leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi şəhidi Babayev Elvin Əkbər oğlunun barelyefinin açılışı olub.
AJMEDIA xəbər verir ki, məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Barelyefin açılışından sonra Vətən müharibəsi şəhidi Elvin Babayevin təhsil aldığı sinfə baxış keçirilib, xatirəsi anılıb. Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında şəhidin xatirəsinə həsr edilmiş kompozisiyalar təqdim olunub.
Çıxış edənlər Vətən müharibəsinin şanlı tariximiz, şəhidlər və qazilərin isə qürur mənbəyimiz olduğunu deyiblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi olub.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts