Vətən müharibəsi şəhidi Elman Babaxanovun şəhadət günündə əziz xatirəsi yad edilib

Tokio, 19 noyabr , /AJMEDIA/

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Elman Babaxanov Ağamirzə oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
YAP Nəsimi rayon təşkilatından AJMEDIA-ya verilən məlumata görə, daha sonra Vətən müharibəsi şəhidlərinin ruhuna ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts