ÜST: ilk dəfə olaraq dünyada koronavirusa gündəlik yoluxma sayı 2 milyonu keçib

Tokio, 6 yanvar, /AJMEDIA/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində koronavirusa 2 294 039 yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstəricidir.
AJMEDIA ÜST-yə istinadla xəbər verir ki, ilk dəfədir 24 saat ərzində yoluxanların sayı 2 milyonu keçib.

Son səkkiz gün ərzində gündəlik yoluxmada 1 milyondan çox artım ÜST tərəfindən yeddi dəfə qeydə alınıb. Son 24 saat ərzində yoluxma pandemiya dövründə ilk dəfə olaraq 2 milyonu keçib. Bundan əvvəlki antirekord cari il yanvarın 1-də qeydə alınmışdı, həmin vaxt 24 saat ərzində 1 859 485 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında toplanır.

ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma halı – 55 972 114 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) yer alırlar. Ən çox ölüm halları – 821 408 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (619 209), üçüncü yerdə isə Hindistan (482 551) qərarlaşıb. Daha sonra Rusiya (313 015) və Meksika (299 581) yer alırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts