ÜST: Bir sıra ölkələr uşaqlar arasında kəskin respirator xəstəliklərinin geniş yayılması ilə üz-üzədir

Tokio, 27 dekabr , /AJMEDIA/

Bəzi ölkələr, o cümlədən Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç uşaqlar arasında kəskin respirator xəstəliklərinin geniş yayılması ilə üz-üzədir. Ehtimal ki, bu vəziyyət xəstəlik törədən viruslarda baş verən dəyişikliklərlə və bəzi uşaqlarda immunitet çatışmazlığı ilə bağlıdır.
AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq xəstəlikləri üzrə eksperti Uilson Uer bildirib.
“Biz uşaqlar arasında, xüsusən də 10 yaşdan aşağı uşaqlarda kəskin respirator xəstəliklərinin yayılmasını müşahidə edirik”, – deyən Uer xəstəliyin payız və qış ayları üçün səciyyəvi olan səviyyədən yüksək olduğunu əlavə edib. “Bu barədə məlumatlar Avropanın bir neçə ölkəsindən, ö cümlədən Fransa, Niderland, İsveç və Böyük Britaniyadan, eləcə də ABŞ-dan daxil olub.
Bu ölkələr qrip və paraqrip viruslarının, respirator-sinsitial virusunun, adenoviruslar və koronaviruslar, o cümlədən COVID-19 xəstəliyinin əmələ gətirdiyi kəskin respirator infeksiyasına yoluxaraq xəstəxanaya yatırılan uşaqların artan sayı ilə qarşı-qarşıyadır. Bundan başqa kriptokok infeksiyası ilə bağlı faringit və dəri xəstəliklərinə yoluxma halları da artıb. Ekspertin sözlərinə görə, xəstəliyin artması COVID-19 xəstəliyinə yoluxmadan sonra nisbətən normal vəziyyətə qayıtmaqla bağlı ola bilər. Ehtimal ki, bəzi uşaqlar əvvəllər infeksiyaya tutulmayıb, bu səbəbdən də onlarda immunitet əmələ gəlməyib. Uer bəzi virusların dəyişikliklərə məruz qaldığını və bu səbəbdən də daha sürətlə yayıldığını istisna etməyib.
Ekspert yoluxmadan qorunmaq üçün hər şeydən əvvəl gigiyenaya riayət etməyi məsləhət görüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts