Türküstan vilayətində Birinci Qarabağ müharibəsi ilə bağlı tədbir təşkil edilib

Tokio, 6 mart , /AJMEDIA/

Türküstan vilayətində Birinci Qarabağ müharibəsi ilə bağlı tədbir təşkil edilib
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunda Birinci Qarabağ muharibəsinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Mərkəzində baş tutan tədbir “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi və “Dağlıq Qarabağda millətlərarası münaqişənin nizamlanmasında iştirak edən Veteranlar Şurası”nın birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə regional icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva və başqaları çıxış edərək, Qarabağ münaqişəsinin tarixi, ermənilərin Azərbaycanın əzəli və tarixi ərazilərinə əsassız iddiaları, Birinci Qarabağ müharibəsi zamanı qazax sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda münaqişənin alovlanmaması naminə göstərdikləri sülhməramlı fəaliyyət, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədalətə nail olduğu barədə danışıblar.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin adından “Dağlıq Qarabağda millətlərarası münaqişənin nizamlanmasında iştirak edən Veteranlar Şurası”nın sədri Bəxtiyar Bateyevə təşəkkürnamə təqdim edilib.

Tədbir Qarabağ müharibəsinə həsr olunmuş tamaşanın təqdim olunması, “Qarabağ” marşının Azərbaycan və qazax dillərində səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, tədbirdən öncə rayondakı Şəhidlər abidəsi ziyarət edilib. Tərbir iştirakçıları Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidənin önünə güllər düzüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts