Türkiyənin Balıkesir vilayətində meşə yanğını baş verib

Tokio, 17 iyul , /AJMEDIA/

Türkiyənin Balıkesir vilayətinin Kepsut rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.
AJMEDIA xəbər verir ki, yanğının söndürülməsinə 2 xüsusi təyyarə və 7 helikopter, həmçinin çox sayda yanğınsöndürən texnika cəlb edilib. Alovların söndürülməsinə yerli sakinlər də dəstək verirlər.
Bölgədə əsən küləyin təsiri ilə ətrafa yayılan yanğının başvermə səbəbləri məlum deyil.
Hazırda söndürmə işləri havadan və qurudan davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts