Türkiyənin Ardahan Universitetində Zəfər Günü qeyd olunub

Tokio, 13 noyabr , /AJMEDIA/

Azərbaycanın Qars şəhərindəki baş konsulluğu tərəfindən Türkiyənin Ardahan Universitetində 8 Noyabr-Zəfər Günü münasibətilə konfrans təşkil olunub.
AJMEDIA xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev və Ardahan Universitetinin rektoru Mehmet Biber çıxışlarında Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən danışıblar. Əminliklə vurğulanıb ki, Qarabağ Zəfəri gənc nəsildə milli-vətənpərvərlik hisslərinin formalaşmasına böyük təsir göstərəcək. Azərbaycan-Türkiyə qardaşlığı əzmlə qorunacaq və inkişaf etdiriləcək.
Konfrans çərçivəsində təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən, eləcə Qarabağ Zəfərini tərənnüm edən fotosərginin açılışı olub.
Yerli hakimiyyət orqanlarının rəhbərlər şəxslərinin, Ardahan Universitetinin professor, müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbir zəngin bədii proqramla başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts