Türkiyədə “Şimşək” dronu sınaqdan uğurla çıxıb

Tokio, 19 iyun , /AJMEDIA/

Türkiyənin aviasiya və kosmos sənayesində daha bir yenilik qazanılıb. “ANKA” pilotsuz uçuş aparatına edilən əlavələr sayəsində “Şimşək” dronu sınaqdan uğurla çıxarılıb.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir sosial şəbəkə hesabında məlumat paylaşıb.
İ.Demir paylaşımda bildirib ki, “Şimşək” dronu fərqli faydalı yükləri daşımaq qabiliyyətinə malikdir. PUA-ların inkişafı və onların funksiya və imkanlarının genişləndiriməsi istiqamətində işlərimiz dinamik qaydada davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts