Türkiyə və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları daha yaxın əməkdaşlıq etməlidirlər

Tokio, 11 dekabr , /AJMEDIA/

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Amerika Gənclər Birliyi tərəfindən “Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə Türkiyə-Qafqaz vətəndaş cəmiyyətlərinin dialoqu” adlı Beynəlxalq forum keçirilib.
AJMEDIA xəbər verir ki, forumda Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Sevinc Süleymanova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, TADEF-in sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə, Kadın Akademiklər Dərnəyi və Umay Ana TDKB sədri, professor Mualla Uydu Yücel, Marmara Universitetinin professoru Saynur Derman və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan rolundan və iki dövlətin regionda sülh və sabitliyə verdiyi töhfədən bəhs edib.
Qeyd olunub ki, beynəlxalq forumun keçirilməsində məqsəd Türkiyə və Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq strategiyanın hazırlanması və beynəlxalq aləmdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sıx əməkdaşlıqla hərəkət etməsinə dəstək verməkdir. Azərbaycan və Türkiyə indi heç zaman olmadığı kimi bir-birinə yaxındır və bu birlik regionun inkişafı üçün yeni perspektivlər vəd edir.
Konsulluğun əməkdaşı Sevinc Süleymanova forumun önəmini vurğulayaraq, QHT-lərin təşəbbüsü ilə Türkiyədə bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib.
Forumun fəxri qonağı qismində çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan Türkiyə və Azərbaycanın qardaşlığından və Türk dövlətlərinin yaxınlaşmasından danışaraq, bunun əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıb. Bildirilib ki, Türkiyə və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları daha yaxın əməkdaşlıq etməlidirlər.
Çıxışlarda qeyd olunub ki, bu gün bütün sahələrdə olduğu kimi, iki ölkənin vətəndaş cəmiyyətlərinin daha yaxın əməkdaşlıq etməsi və beynəlxalq miqyasda fəaliyyətlərini daha da genişləndirməsi qarşıda duran əsas hədəflərdəndir. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülhə və əməkdaşlığa töhfə verən birgə fəaliyyəti, digər regional dövlətlərlə yeni əməkdaşlıq modelinin qurulması şübhəsiz ki, hər iki ölkənin bölgədə söz sahibi olmasından xəbər verir. Vətəndaş cəmiyyəti təşkilatları da öz növbəsində bu prosesdə daha fəal rol almalı və milli maraqların beynəlxalq platformalarda qorunmasında ortaq layihələrlə çıxış etməlidirlər.
Forumun sonunda Ədalət Turan, Pərviz Məmmədzadə, Hülya Ağamirzə, Mualla Uydu Yücel və Saynur Derman Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təsis olan “Azərbaycan həqiqətlərinin Türkiyə Cümhuriyyəti və beynəlxalq aləmdə təbliğinə görə” medalı ilə təltif olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts