Türkiyə ilə Yunanıstan arasında növbəti siyasi dialoq toplantısı keçiriləcək

Tokio, 10 mart , /AJMEDIA/

Martın 11-də Türkiyə ilə Yunanıstan arasında növbəti siyasi dialoq toplantısı keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Ankarada baş tutacaq toplantıda Türkiyə və Yunanistanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar ilə Alexandra Papadopoulou görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts