Türk səyyah: Qarabağda məni ən çox təsirləndirən yer düşmən tərəfindən tamamilə viran qoyulmuş Ağdam oldu

Tokio, 17 iyun , /AJMEDIA/

Ağdamın erməni işğalından əvvəlki vəziyyətini fotolarda görmüşəm. Əvvəlki Ağdamla işğala məruz qalaraq dağıdılan Ağdamın bugünkü vəziyyətini müqayisə edərkən ürəyim sızladı.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən türk səyyah Uğur Dəmircan bildirib.
“İstanbuldan gəldim, Türkiyəni təmsil etmək üçün səyyahlara qoşuldum və dünyanın məşhur səyyahları ilə birlikdə Azərbaycandayıq. Qarabağda bu günə qədər gördüyüm yerlər arasında məni ən çox təsirləndirən tamamilə viranə qoyulmuş Ağdam oldu. Buranın necə gözəl bir yer olduğunu erməni işğalından əvvəl çəkilən fotolarda gördüm. Azərbaycanlı qardaşlarımızın nələr çəkdiyini bir daha hiss etdim. Şəhər erməni işğalı nəticəsində tamamilə dağıdılıb. Dağıdılan yerləri gördükcə belə bir sual yaranır ki, nə üçün bu yerlər işğal edilmişdi? Bu sualın cavabı yoxdur. Şəhərdə yalnız Cümə Məscidinin divarları qalıb və hazırda təmir edilir. Ağdamda gördüyüm mənzərə çox kədərləndiricidir”, – deyə Uğur Dəmircan əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts