“Türk dünyasında Nizami Gəncəvi irsi” sənədli filmi hazırlanıb

Tokio, 12 oktyabr , /AJMEDIA/

AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin Videosalnamə studiyası tərəfindən “Türk dünyasında Nizami Gəncəvi irsi” sənədli filmi hazırlanıb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, film dövlətimizin başçısının “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamından irəli gələrək AMEA-da təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində ərsəyə gətirilib.
Filmin elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, layihə rəhbəri AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, redaktoru İnformasiya şöbəsinin Videosalnamə sektorunun müdiri Şamama Qəhrəmanova, ssenari müəllifi isə jurnalist Aynurə Əsgərovadır.
Sənədli filmdə akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva, M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Həmdulla Baltabəyov, Səmərqənd Dövlət Xarici Dillər Universitetinin professoru Diloram Salahi, Beynəlxalq Türk Akademiyasının prezidenti (hazırda Qazaxıstanın informasiya və sosial inkişaf naziri) akademik Darxan Kıdırəli, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Bəhram Əbduhəlimov və türkiyəli yazıçı Yavuz Akpınar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts