Türk Dövlətləri Təşkilatı tərəfindən Afrikanın iki ölkəsinə vaksin yardımı edilib

Tokio, 7 Dekabr, /AJMEDIA/

Türk Dövlətləri Təşkilatı (TDT) adından yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Afrikanın Burkina-Fason və Toqo ölkələrinə vaksin göndərilib.

AJMEDIA xəbər verir ki, yadım üçün Azərbaycan, Türkiyə, Özbəkistan və Macarıstan tərəfindən ümumilikdə 611 min 200 doza vaksin toplanıb. Azərbaycan bu məqsədlə yardım karvanına 100 min doza Sinovac peyvəndi ayırıb. Bildirilir ki, artıq TDT adından təyyarə ilə göndərilən humanitar tibbi yardım mənzil başına çatıb.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla türk dövlətləri hər zaman koronavirus infeksiyasına qarşı peyvənd millətçiliyinə qarşı olublar və mövqelərini açıq və qəti şəkildə ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts