Tokionun Şibuya rayonunun meri sakinləri Hellouin zamanı məşhur yol kəsişməsindən uzaq olmağa çağırıb

Tokio, 25 Oktyabr, /AJMEDIA/

Yaponiya paytaxtının Şibuya rayonunun meri Tokioda geniş qeyd edilən Hellouin bayramı zamanı sakinləri cari ildə də bu məşhur yol kəsişməsindən uzaq olmağa çağırıb.

AJMEDIA xəbər verir ki, merin qərarına əsasən oktyabrın 24-dən 31-dək axşam saat 18:00-dan sonra həmin ərazidə spirtli içkilərin küçədə qəbulu qadağan edilib.

Məsələ burasındadır ki, Yaponiyada son bir neçə ildə çox məşhurlaşan Hellouin zamanı bayramın ruhuna uyğun kostyum geyən on minlərlə insan məhz bu məşhur yol kəsişməsində toplaşır. Lakin ötən il ilk dəfə olaraq koronavirus pandemiyasına görə bu ərazidə bütün tədbirlər ləğv edilib.

Cari ildə isə Tokio paytaxt hökumətinin koronavirusla bağlı məhdudiyyətləri yumşaltması nəticəsində restoran və barların iş vaxtının və spirtli içkilərin satış müddətinin uzadılması, virusun növbəti dalğasının yayılmasına şərait yarada bilər.

Hesbalamalara görə son iki həftənin istirahət günlərində Şibuyadakı məşhur yol kəsişməsində piyada axını 30 faizədək artıb. Hellouinin də məhz növbəti istirahət günlərinə təsadüf etməsi yerli hakimiyyət orqanlarını çox narahat edir.

Mətbuat konfransında çıxış edən Şibuyanın meri Ken Hasebe insanları yol kəsişməsində toplaşmamağa, bunun əvəzində bayramı evlərində qeyd etməyə çağırıb.

K.Hasebe Şibuyaya gəlmək məcburiyyətində olanlardan isə ehtiyatlı davranmağı, mövcud tələblərə əməl etməyi xahiş edib.

Şibuya rayon polis idarəsinin məlumatında isə bildirilir ki, bayram ərəfəsində həmin rayonda 100-dək zabit növbə çəkəcək və insanların istənilən toplantısı onlar tərəfindən dərhal dağıdılacaq.

Bununla yanaşı, polisin Şibuya ətrafındakı park və küçələri də ciddi nəzarətdə saxlayacağı qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts