Tokioda koronavirusa görə ödənişsiz testlər şəbəkəsi genişləndirilir

Tokio, 25 dekabr, /AJMEDIA/

Tokionun paytaxt hökuməti dekabrın 25-dən başlayaraq arzu edənlər üçün koronavirusa görə ödənişsiz testlər şəbəkəsini genişləndirəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Tokionun qubernatoru xanım Yuriko Koike məlumat verib. Bildirib ki, bu barədə qərar paytaxtda koronavirusun “omikron” ştamının yaxın günlərdə xaricdə səfərdə olmayan şəxsdə aşkar olunmasından sonra qəbul edilib.

Qeyd edək ki, Yaponiya paytaxtında səhhətinə və ya yaş məhdudiyyətlərinə görə peyvənd almayan şəxslərə ödənişsiz testlər dekabrın 23-dən təklif olunmağa başlayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, həmin xidmətdən yoluxmadan şübhələnən və ya simptomların olmadığı şəxslər də istifadə edə bilərlər.

İlkin olaraq belə məntəqə paytaxtın 12 obyektində yaradılıb. Dekabrın 27-dən bu obyektlərin sayının 180-ə çatdırılacağı və onların gündəlik buraxılış gücünün 30 minə qaldırılacağı qeyd edilir.

Bu məntəqələrdən əsasən tətil zamanı öz doğma yerlərinə dönmək və yaşlı valideynləri ilə görüşmək istəyən şəxslərin istifadə edəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts