TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub

Tokio, 25 Oktyabr, /AJMEDIA/

Trans-Adriatik qaz kəməri (TAP) beş il ərzində hidrogen nəqlinə başlayacaq.

AJMEDIA-nın məlumatına görə, bunu İtaliya KİV-lərinə TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, TAP təbii qazla yanaşı mövcud infrastruktur vasitəsilə hidrogen və biometan da tədarük edəcək və tədarük prosesi beş il ərzində başlayacaq.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP kəməri ilə Avropaya təbii qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts