Tərtərdə şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub

Tokio, 18 iyun , /AJMEDIA/

Tərtər Rayon Mərkəzi Xəstəxanasının həyətində şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, tibb işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb. Bu Qələbənin qazanılmasında itkilərimiz də olub. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts