Tərtərdə 11 min 385 hektar sahədə dən və yaşıl yem üçün səpin aparılıb

Tokio, 11 yanvar , /AJMEDIA/

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri səpin işlərini davam etdirirlər.
Rayon Statistika İdarəsindən AJMEDIA-ya bildirilib ki, bu günədək 15 min 477,2 hektar sahədə payızlıq şum aparılıb, 2023-cü ilin məhsulu üçün 11 min 385,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpinlərin 7092,4 hektarı buğda, 4138,7 hektarı dən üçün arpa və 154 hektarı yaşıl yem üçün xəsil arpadır.
Bundan başqa, cari ilin məhsulu üçün 35,1 hektar sahədə baş soğan, 3 hektar sahədə sarımsaq, 904 hektar sahədə təzə yonca əkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts