TƏBİB: Sumqayıtda xəsarət alanların həyatları üçün heç bir təhlükə yoxdur

Tokio, 29 aprel , /AJMEDIA/

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yanğın hadisəsi ilə bağlı 9 nəfərin daxil olması qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AJMEDIA-ya bildirilib ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, yanğın hadisəsinin ilk başvermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts